“Təcavüzkar bu gün cəzalandırılacaq” – SEPAH


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran ərazisinə gecə hücumlarına cavab olaraq iyulun 30-da Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbələr endirəcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat SEPAH-ın yaydığı bəyanatda öz əksini tapıb.  “Uca Allahın köməyi ilə təcavüzkar bu gün cəzalandırılacaq”, - deyə SEPAH qeyd edib.
Qeyd edək ki, 30 iyul gecəsi ABŞ altı günlük fasilədən sonra İranın cənubuna növbəti hücumlar dalğasını həyata keçirib.

DİGƏR XƏBƏRLƏR

Top