Davutoğlu siyasətdən getdi – Partiyasının fəaliyyətini də dayandırmışdı


Türkiyənin sabiq Baş naziri və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu siyasətdən getdiyini elan edib.
Yeniavaz.com
xəbər verir ki, o bu barədə sosial şəbəkə səhifəsində məlumat verib.
Davudoğlu digər partiyalara qoşulmaq təkliflərini də rədd edib.
Bundan sonra o, aktiv daxili siyasətdən kənarda qalacaq, həmçinin, keçmiş baş nazir statusundan və diplomatik təcrübəsindən istifadə edərək, xaricdəki beynəlxalq məsələlərə diqqət yetirəcək.
Qeyd edək ki, bundan əvvəl Davudoğlu Gələcək Partiyasının siyasi fəaliyyətinin dayandırıldığını elan etmişdi. O, bu qərarın siyasətdən və Türkiyə naminə mübarizədən tamamilə çəkilmək demək olmadığını qeyd etmişdi.
Xatırladaq ki, Əhməd Davudoğlu 2014-2016-cı illərdə Ədalət və İnkişaf Partiyasının sədri, həmçinin, Türkiyənin baş naziri olub. 2016-cı ildə baş nazir postundan istefa verən siyasətçi 2019-cu ildə Gələcək Partiyasını təsis edib.

DİGƏR XƏBƏRLƏR

Top