Trampın Suriya ilə bağlı ideyası Kremldə narazılıqla qarşılandı

Amerikalılar Suriyada təhlükəsizlik zonasının yaradılmasının mümkün fəsadlarını hesablamalıdır. “Yeniavaz.com”un RBK-ya istinadən verdiyi məlumata görə, bunu Rusya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton Suriyada təhlükəsizlik zonasının tətbiqi məsələsi üzrə rəsmi Moskva ilə məsləhətləşməyib: “Bu, ABŞ-ın suveren qərarıdır”. D. Peskov qeyd edib ki, qaçqınlarla bağlı vəziyyətin dərinləşməməsi üçün ABŞ bu addımın bütün mümkün fəsadlarını nəzərə almalıdır. Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi ki, Suriyada qaçqın problemini həll etmək üçün təhlükəsiz zonalar yaratmağa hazırlaşır. D. Tramp bildirib: “İndi mən Suriyada təhlükəsizlik zonası tətbiq edəcəm və bu, insanlar üçün ediləcək. Onsuz da ABŞ-ın kifayət qədər problemi var”.

DİGƏR XƏBƏRLƏR

Top