
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı Bred Kuper ABŞ Prezidenti Donald Trampa İranın raket potensialını məhv etmək məqsədi ilə 10-14 gün davam edən intensiv hava hücumları planını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat verib.
Onların sözlərinə görə, Kuperin təklif etdiyi əməliyyat planının arxasındakı ideya Tehranın Hörmüz boğazında gəmilərə hücum etməsindən və Yaxın Şərqdəki Amerika qüvvələrinə raket atmasından çəkindirməkdir.
Mənbələrin verdiyi məlumata görə, Kuper İranın raket təhdidini əhəmiyyətli dərəcədə azaltmaq üçün hava hücumlarını gücləndirməyi təklif edib.
Onların sözlərinə görə, Mərkəzi Komandanlıq rəisi bu yanaşmanın ABŞ-nin raketdən müdafiə imkanlarına olan ehtiyacını azaldacağına inanır.
Tətbiqimizi yükləyə bilərsiniz