
İsrail Amerikanın F-35 qırıcı təyyarəsi ilə müqayisə edilə bilən döyüş dronu hazırlamağı planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, İsrail Amerikanın hərbi yardımından asılılığını tədricən azaltmaq, onu silahların hazırlanması və istehsalı üzrə birgə proqramlarla əvəz etmək niyyətindədir. Bu plan F-35 qırıcı təyyarəsinə bərabər döyüş dronunun yaradılmasını nəzərdə tutur.
Agentliyin mənbəyi qeyd edib ki, onun hazırlanmasında digər ölkələrin iştirakı da istisna deyil.
Qeyd edək ki, bundan əvvəl “Axios” portal İsrailin Baş naziri Benyamin Netanyahunun iyulun 28-də ABŞ Prezidenti Donald Trampla görüşdə 10 il ərzində Amerikanın İsrailə yardımını sıfıra endirməyi gözlədiyini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz