
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) İntizam Komitəsi Argentina Futbol Assosiasiyasına (AFA) qarşı 2026-cı il Dünya Kubokunun yarımfinal matçında İngiltərəyə qarşı (2:1) Folklend adalarının təsvir olunduğu banner və bir sıra digər məsələlərlə bağlı rəsmi olaraq araşdırma başladıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.
Maddələrə idman tədbirindən qeyri-idman nümayişləri üçün istifadə etmək, komanda davranış qaydalarına riayət etməmək, ayrı-seçkilik və irqçi təhqir daxildir.
Belə ki, argentinalı yarımmüdafiəçi Covani Lo Çelso 2026-cı il Dünya Kubokunun yarımfinalında komandasının Böyük Britaniya üzərində qələbəsindən sonra meydana “Las Malvinas son Argentinas” (“Malvin adaları Argentinanındır”) yazılı banner qaldırıb. Ona Argentina millisinin bir neçə oyunçusu da qoşulub.
Onlar banneri Cənubi Atlantikadakı Folklend adaları ilə bağlı uzun illərdir davam edən Argentina-Böyük Britaniya mübahisəsinə işarə olaraq qaldırıblar.
Finaldan sonra meydanda baş verən hadisələr də intizam komitəsinin araşdırdığı maddələr arasındadır. Finalda Argentina-İspaniya (1:0) qarşılaşmasından sonra futbolçular arasında gərginlik və meydanda qarşıdurma baş verib.
Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes İspaniya futbolçusu Erik Qarsiyaya qarşı hərəkətinə görə üç ayrı hücum ittihamı ilə ittiham edilir. Nahuel Molina isə iki hücum və bir idmançıya yaraşmayan davranış ittihamı üzrə araşdırılır.
İspaniya millisinin futbolçusu Qavi də eyni maddə üzrə araşdırılanlar siyahısındadır.
Qeyd edək ki, Malvin Adaları (Folklend Adaları) iki böyük və təxminən 800 kiçik adadan ibarətdir ki, onların sahəsi 12 000 kvadrat kilometrdən bir qədər çoxdur və əhalisi təxminən 3200 nəfərdir. 200 ildir ki, onlar Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsinin mövzusu olublar. 1982-ci ilin aprelində iki ölkə arasında silahlı münaqişə baş verib. Cənubi Amerika respublikası məğlub olub və iki ay yarım davam edən döyüşdə 649 əsgərini itirib. Böyük Britaniya tərəfi isə 255 itki verib. Argentina BMT mexanizmləri vasitəsilə Böyük Britaniyanın adalara sahibliyinə etiraz etməyə davam edir. Lakin tərəflər indiyə qədər kompromis əldə edə bilməyiblər.
Tətbiqimizi yükləyə bilərsiniz