Azərbaycan Gürcüstandan 226, Rusiyadan isə 211 manata qoyun alır


Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumilikdə 4 050 baş diri qoyun idxal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan diri qoyunların ümumi gömrük dəyəri 534 min 470 dollar olub.
Hesablamalara görə, bu ilin ilk 5 ayında idxal edilən diri qoyunun bir başının orta gömrük dəyəri 132 dollar (224 manat) təşkil edib.
Qeyd edək ki, Azərbaycana diri qoyun aşağıdakı ölkələrdən gətirilib:
Gürcüstan – 3 650 baş (bir başının orta gömrük dəyəri 226 manat)
Rusiya – 400 baş (211 manat)


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top