ABŞ İrana qarşı daha bir hücum dalğasını həyata keçirdi


ABŞ qüvvələri İrana qarşı yeni hücum dalğasını həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.  
CENTCOM hücumun Yaxın Şərqdəki ABŞ qüvvələrinə raket hücumu cəhdinə cavab olaraq həyata keçirildiyini bildirib.
Komandanlıq həmçinin bildirib ki, ABŞ qüvvələri İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) onlarla hədəfinə, o cümlədən hərbi komandanlıq məntəqələrinə, raket və pilotsuz uçuş aparatları obyektlərinə, sahil müşahidə və müdafiə obyektlərinə zərbələr endirib.
Hücum nəticəsində İranın Ahvaz, Buşehr, Kazerun, Abadan şəhərlərində, həmçinin, Kiş və Keşm adalarında partlayışlar baş verib.

DİGƏR XƏBƏRLƏR

Top