
Türkiyənin “Gələcək” Partiyasının lideri Əhməd Davutoğlu partiyanın siyasi fəaliyyətinin dayandırıldığını elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.
Davutoğlu bu qərarın siyasətdən və Türkiyə naminə mübarizədən tamamilə çəkilmək demək olmadığını qeyd edib:
“Bu, təslim olmaq qərarı deyil. Bu, mənəvi cəhətdən məsafə qoymaq qərarıdır. Bu, siyasətdən imtina etmək deyil; bu, hər kəsə siyasəti yenidən düşünməyə çağırışdır”.
Siyasətçi əlavə edib ki, partiya gələcəkdə də düşüncə, etika, təhsil, elm, mədəniyyət, beynəlxalq diplomatiya, iqtisadiyyat və sosial həmrəylik sahələrində fəaliyyətini davam etdirəcək.
Tətbiqimizi yükləyə bilərsiniz