“Bayern” avqustda Keynlə danışıqlara başlayacaq − Romano


Almaniyanın “Bayern Münhen” futbol klubu avqust ayında ingilis hücumçu Harri Keynlə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
Hücumçunun “Bayern”lə hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir. Klub onu saxlamaq üçün yeni şərtlər təklif etməyə hazırdır.
Keyn 2023-cü ildən “Bayern”də çıxış edir. Ötən mövsüm o, 51 oyun keçirib, 61 qol vurub və üç məhsuldar ötürmə edib. 2025/26 mövsümündə hücumçu komanda ilə Almaniya çempionluğunu, Almaniya Kubokunu və Almaniya Super Kubokunu qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top