
İsrailin Baş naziri Benyamin Netanyahu bu həftə Vaşinqtona səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməkdən imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Haaretz” qəzeti vəziyyətlə tanış mənbələrə istinadən məlumat yayıb.
Qəzetin mənbəyi bildirib ki, Zelenskinin ofisi əvvəlcə görüş təşkil etmək üçün Netanyahunun ofisi ilə əlaqə saxlayıb, lakin İsrail tərəfi cavab verməyib.
Başqa bir Ukrayna mənbəsi nəşrə bildirib ki, görüşü əvvəlcə Netanyahunun ofisi təklif edib, lakin Zelenskinin ofisi qəbul etdikdən sonra İsrail tərəfindən 28 iyula qədər heç bir cavab alınmayıb. Həmin gün İsrail rəsmiləri İsrail Baş nazirinin vaxt məhdudiyyəti səbəbindən Zelenski ilə görüşə bilməyəcəyini açıqlayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz