
“Rusiyadakı bütün siyasi qüvvələrin ortaq bir məqsədi var: ölkəni qorumaq. Buna yalnız xüsusi əməliyyatda qalib gəlməklə nail olmaq olar”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və Vahid Rusiya Partiyasının sədri Dmitri Medvedev “Mənalar ərazisi” adlı konfransındakı mühazirəsi zamanı bildirib.
“Müxtəlif siyasi qüvvələrin, siyasi partiyalara rəhbərlik edən həmkarlarımın iştirak etdiyi bu salonda demək istəyirəm ki, indi bizim bir ortaq məqsədimiz var və bu, göz qabağındadır: ölkəmizi qorumaq. Ölkəmizi necə qoruya bilərik? Ölkəmizi qorumağın yalnız bir yolu var: xüsusi hərbi əməliyyatda qalib gəlməklə”, - siyasətçi vurğulayıb.
Medvedev bu baxımdan bütün siyasi partiyaların, bütün məsuliyyətli siyasi qüvvələrin mövqelərinin tamamilə üst-üstə düşdüyünə əminliyini ifadə edib.
Tətbiqimizi yükləyə bilərsiniz