ABŞ Senatı Rusiya əleyhinə sanksiyalar haqqında qanun layihəsinə səs verdi


ABŞ-nin Rusiyaya qarşı sanksiyalarının genişləndirilməsi ilə bağlı qanun layihəsi ABŞ Senatında prosedur səsverməsindən keçib.
Yeniavaz.com
xəbər verir ki, 86 senator qanun layihəsinin lehinə, 12 senator  isə əleyhinə səs verib.
Qanun layihəsinə əsasən, sanksiyalar Rusiya hökumət rəsmilərinə, banklarına və digər maliyyə qurumlarına, eləcə də “kölgə donanmasına” qarşı genişləndirilməlidir.
Qanun layihəsi prezidentə Rusiyadan külli miqdarda neft və qaz alan və Rusiyanın sanksiyalardan yayınmasına kömək edən ölkələrdən idxala 100% vergi tətbiq etmək səlahiyyəti verir.
Prosedur səsverməsi iyulun 28-də, qanun layihəsinin müəllifi, Respublikaçı senator Lindsi Qremin dəfn mərasimi günü keçirilib. Qanun layihəsi 11 iyulda vəfat edən Lindsi Qremin adını daşıyır.
Prosedur səsverməsindən sonra Senatda müzakirələr və yekun səsvermə olacaq. Sənəd Nümayəndələr Palatası tərəfindən də nəzərdən keçirilməlidir. Qanun layihəsi Konqresin hər iki palatası tərəfindən qəbul edildikdən sonra, ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top