Taxta-şalban Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı


Bu ilin ilk 5 ayı ərzində Azərbaycana xarici ölkələrdən ümumilikdə 1 243,36 ton taxta-şalban idxal edilib.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamalar göstərir ki, idxal olunan taxta-şalbanın ümumi gömrük dəyəri 1 milyon 485 min 440 dollar olub.
Hesablamalara görə, bu ilin ilk 5 ayında idxal edilən taxta-şalbanın bir tonunun orta gömrük dəyəri 1 195 dollar (2 min 32 manat) təşkil edib.
Qeyd edək ki, Azərbaycana taxta-şalban aşağıdakı ölkələrdən gətirilib:
İynəyarpaqlı ağaclardan taxta-şalban – 967,26 ton
Belarus – 634,2 ton (bir tonunun orta gömrük dəyəri 1 310 manat)
Rusiya – 242,2 ton (1 316 manat)
Çin – 40,73 ton (4 360 manat)
Türkiyə – 27,76 ton (3 510 manat)
Ukrayna – 22 ton (997 manat)
İspaniya – 0,36 ton (24 461 manat)


Bambukdan taxta-şalban – 18,62 ton
Çin – 18,62 ton (2 967 manat)

Tropik növlərin oduncağından taxta-şalban – 109,36 ton
İndoneziya – 41,89 ton (2 639 manat)
Portuqaliya – 41,53 ton (4 186 manat)
Çin – 18,23 ton (4 299 manat)
Türkiyə – 7,71 ton (5 501 manat)


Digər yarpaqlı ağaclardan taxta-şalban – 148,12 ton
Rusiya – 104,99 ton (2 873 manat)
Ukrayna – 22,4 ton (1 986 manat)
Türkiyə – 10,69 ton (5 326 manat)
İtaliya – 6,64 ton (26 800 manat)
İspaniya – 1,72 ton (13 509 manat)
Çin – 1,69 ton (3 289 manat)


Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top