Ölkədə banklardan kənarda nə qədər nağd pul var?


Son bir ildə Azərbaycanda dövriyyədə olan nağd pulun və manatla müddətli depozitlərin payı artıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xarici valyutada saxlanılan depozitlərin xüsusi çəkisi isə azalıb.
Qeyd edək ki, xarici valyutada saxlanılan depozitlərin geniş pul kütləsindəki (M3) xüsusi çəkisi bir il ərzində 24%-dən 18,3%-ə enərək 5,7 faiz bəndi azalıb.
Manatla müddətli depozitlərin payı isə 15,2%-dən 18,2%-ə yüksələrək 3 faiz bəndi artıb. Banklardan kənarda dövriyyədə olan nağd pulun (M0) payı 34,1%-dən 35,9%-ə yüksəlib. Artım 1,8 faiz bəndi təşkil edib.
Manatla tələb edilənədək depozitlərin payı da 26,6%-dən 27,7%-ə yüksələrək 1,1 faiz bəndi artıb.
Məlumat üçün qeyd edək ki, son bir illik müqayisə M3 pul kütləsinin strukturunda manatlaşma prosesinin artdığını göstərir.  Belə ki, xarici valyutada depozitlərin payı əhəmiyyətli dərəcədə azalarkən, həm manat depozitlərinin, həm də nağd manatın xüsusi çəkisi artıb. Xüsusilə manatla müddətli depozitlərin yüksəlişi əmanətçilərin milli valyutada uzunmüddətli yığımlara marağının artdığını göstərən əsas göstəricilərdən biri kimi qiymətləndirilə bilər. Bununla yanaşı, nağd pulun payının artması bank sistemindən kənarda dövriyyədə olan vəsaitlərin hələ də yüksək səviyyədə qaldığını göstərir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top