
ABŞ ordusu İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan əyalətinə raket zərbəsi endirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın IRIB dövlət televiziyası məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ İranın qərbindəki Piranşəhr şəhəri ətrafındakı İraq sərhədinə yaxın ərazini hədəf alıb.
Qərbi Azərbaycan əyalətinin Böhranların İdarəolunması Mərkəzinin rəhbəri Hamed Səfəri mərminin yaşayış olmayan əraziyə düşdüyünü bildirib.
Ölən və ya yaralananlar barədə məlumat verilməyib.
Hadisə yerinə operativ qruplar cəlb edilib və hazırda baş verən hadisənin təfərrüatları araşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz