Bu il bank işçilərinin sayı 73 nəfər artıb


Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankda 27 min 462 nəfər işçi çalışıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin əvvəlindən ötən 6 ay ərzində bank işçilərinin sayı 73 nəfər artıb.
Belə ki, bu ilin 1 yanvar tarixinə olan məlumata görə, bank işçilərinin sayı 27 min 389 nəfər olub.
Qeyd edək ki, bu ilin ilk 6 ayı ərzində ölkədə bank filiallarının sayı 502-dən 504-ə yüksəlib, bank şöbələrinin sayı isə 87-dən 83-ə düşüb.
Onu da bildirək ki, banklara məxsus ATM-lərin sayı isə 6 ayda artaraq 3 486-dan 3 503-ə çatıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top