
Avqustun 11-də “Netflix”də “Jose Mourinho: The Special One” sənədli filminin premyerası olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə platformanın rəsmi sosial şəbəkə hesabında məlumat dərc olunub.
Məlumata görə, sənədli film müasir futbolun ən böyük məşqçilərindən biri hesab edilən portuqaliyalı Joze Mourinyonun həyat və karyerasından bəhs edir.
Layihənin yaradıcıları Mourinyonun karyerasından əvvəllər yayılmamış epizodları, eləcə də məşhur futbolçularla eksklüziv müsahibələri təqdim edəcəklərini vəd edirlər.
İştirakçılar arasında Ser Aleks Ferqyuson, Con Terri, İker Kasilyas, Zlatan İbrahimoviç, Didye Droqba, Marselo, Samuel Eto'o, Xavyer Zanetti, Frenk Lempard və Petr Çex var.
Filmdə Mourinyonun məşqçi karyerasında əsas uğurları, həmçinin, əfsanəvi oyunçularla qalmaqalları əks olunub.
Filmdə həmçinin onun “Seçilmiş şəxs” (The Special One) ləqəbini necə qazandığı araşdırılıb.
Qeyd edək ki, 11 iyun 2026-cı ildə “Real Madrid” rəsmi olaraq Joze Mourinyonun baş məşqçi təyin olunduğunu elan edib.
Onun müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Tətbiqimizi yükləyə bilərsiniz