Avtobus sürücüsü sükan arxasında telefonla danışıb – Video


Lökbatan qəsəbəsini Xırdalan şəhəri ilə əlaqələndirən 140A nömrəli şəhərətrafı müntəzəm marşrutda sürücünün uzun müddət sükan arxasında telefonla danışması sərnişinlər arasında narahatlıq yaradıb.
Həmin anları lentə alan sərnişinlərdən biri kadrları Yeniavaz.com-a təqdim edib.
“77 VQ 512” nömrəli avtobusun sürücüsü sükan arxasında uzun müddət telefonla danışıb. Həm qaydaları pozub, həm də diqqəti yayınıb. Qəza törədə bilərdi”, - sözügedən sərnişin bildirib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müvafiq sorğu ünvanlanıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top