Azərbaycan Ukraynaya 40 tona yaxın avadanlıq göndərdi


Azərbaycan Ukraynanın dəmir yolları infrastrukturunun bərpası üçün təxminən 40 tona yaxın avadanlıq göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Nazirlik qeyd edib ki, Ukrayna dəmir yolu işçilərinin işini gücləndirmək və kritik infrastrukturu dəstəkləmək üçün Azərbaycandan regional dəmir yolu idarəsinə təxminən 40 tona yaxın avadanlıq çatdırılıb.
“Demək olar ki, hər gün avadanlıqlar Ukraynanın müxtəlif regionlarına yola düşür. Bu, Rusiya hücumlarının davamlı təhlükəsi altında həm enerji sektorunun, həm də digər kritik infrastrukturun işini davam etdirməsinə kömək edir”, - nazirlik əlavə edib.
Nazirlik həmçinin, Ukraynanı dəstəklədikləri üçün Azərbaycana təşəkkür edib.

DİGƏR XƏBƏRLƏR

Top