Müharibə nəticəsində İranda 350-dən çox dövlət qulluqçusu həlak olub


ABŞ və İsrailin beş ay əvvəl İrana qarşı başlatdıqları hərbi əməliyyatlar nəticəsində bu ölkədə indiyədək 350-dən çox dövlət qulluqçusu həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı İran hökumətinin xüsisi nümayəndəsi Fatma Mühacəraniyə istinadla məlumat yayıb.
“Son bir neçə gündə xalqı rabitə ilə təmin etmək üçün canını fəda edən mühəndisdən tutmuş, elektrik təchizatını mühafizə etmək üçün həlak olan elektrik işçisinə qədər 350-dən çox dövlət qulluqçusu vəzifə borcunu yerinə yetirərkən həyatını itirib”, - İran rəsmisi bildirib.
Lakin bu itkilərin hansı tarix aralığını əhatə etdiyi barədə əlavə məlumat verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top