
İran Ukraynaya cavab zərbəsi endirmək planından imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbələrin məlumatına görə, İran Ukraynanın İran gəmisinə hücumuna cavab olaraq qisas almaq niyyətində olub. Ancaq aktiv diplomatik səylər gərginliyin azalmasına kömək edib.
Nəşr bildirib ki, İslam Respublikası İran gəmisinə edilən hücuma cavab olaraq Ukraynadakı dəniz limanına hücum etməyi nəzərdə tutub. Həmçinin, İran bunun üçün kiçik döyüş başlıqlı ballistik raketdən istifadə etməyi planlaşdırıb. Eyni zamanda, İran belə bir addımı Ukraynaya əhəmiyyətli ziyan vurmaq cəhdindən çox, simvolik bir siqnal kimi nəzərdə tutub. Aktiv diplomatik səylər nəticəsində İran son anda cavab zərbəsi endrimək planından imtina edib.
Tətbiqimizi yükləyə bilərsiniz