
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilən Hüsnü Quliyevə yeni vəzifə verildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Manşet” məlumat yayıb.
Məlumata görə, AAYDA sədri Vüsal Nəsirli əmri imzalayaraq Hüsnü Quliyevi özünə müşavir təyin edib.
Bildirilib ki, o, hazırda bu vəzifədə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Hüsnü Quliyev ötən ay Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədr müavini vəzifəsindən azad edilib.
Tətbiqimizi yükləyə bilərsiniz