
Bakıda marşrut avtobusu ilə yük avtomobili toqquşub.
Yeniavaz.com xəbər verir ki, hadisə yerindən kadrlar sosial mediada yayılıb.
Bildirilir ki, qəza bu gün səhər saatlarında Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində meydana gəlib.
Belə ki, 107 saylı xətt üzrə hərəkət edən avtobus eyni istiqamətdə olan yük maşınına arxadan çırpılıb.
Kadrlarda avtobusa ciddi zərər dəydiyi görünür.
Məlumata görə, hadisə vaxtı avtobusda sərnişin olmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz