Cey Kleyton ABŞ-nin Milli Kəşfiyyat direktoru oldu


ABŞ Senatı Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini təsdiq edib.
Yeniavaz.com
xəbər verir ki, səsvermənin nəticələrinə görə, 51 senator Kleytonun lehinə, 47 senator isə əleyhinə səs verib.
Onun namizədliyinin təsdiqlənməsi üçün 50-dən çox səs tələb olunub.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının keçmiş rəhbəri Cey Kleytonun Milli Kəşfiyyat direktoru vəzifəsinə namizədliyini iyunun 11-də elan edib.
Milli Kəşfiyyat direktoru bütün 18 ABŞ kəşfiyyat idarəsinin koordinatoru hesab olunur.
Milli Kəşfiyyatın əvvəlki direktoru Tulsi Qabbard isə 2026-cı ilin may ayında həyat yoldaşının ağır xəstəliyi ilə əlaqədar istefa verib. O, qərarını Oval Ofisdə Prezident Donald Trampa elan edib və onun son iş günü 30 iyuna təyin olunub. Əvvəllər Federal Mənzil Maliyyələşdirmə Agentliyinin direktoru vəzifəsini icra etmiş Bill Pult isə Milli Kəşfiyyatın direktoru vəzifəsini icra edən təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top