ABŞ İranla müharibəyə 150 milyard dollardan çox xərcləyib – “The Telegraph”


ABŞ İranla müharibə başlayandan bəri müharibəyə ən azı 151,3 milyard dollar xərcləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.
Məlumata görə, Harvard Universitetinin professoru Linda Bilmes qeyd edib ki, Pentaqon rəhbəri Pit Heqsetin qeyd etdiyi 37,5 milyard dollarlıq rəqəm təkcə aysberqin görünən hissəsidir.
O əlavə edib ki, Konqres üzvlərinin əksəriyyəti bu rəqəmi rədd edir.
Ekspert xatırladıb ki, Əfqanıstandakı müharibə 19 il 10 ay davam edib. Bu müddət ərzində ABŞ hərbi əməliyyatlara 2,26 trilyon dollar xərcləyib.
Professor izah edib ki, buna görə də, münaqişənin ilk beş ayı üçün 47 milyard dollar tələb olunub.
Digər tərəfdən, iyulun 21-də “The Washington Post” qəzeti Pentaqonun İranla müharibə səbəbindən ciddi büdcə kəsiri ilə üzləşdiyini və bəzi vacib xərc maddələrinin yaxın həftələrdə maliyyələşdirilməsinin mümkün olmadığını bildirmişdi.
Qəzetin məlumatına görə, 2026-cı il büdcəsinin hazırkı Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri əməliyyatlarını əhatə edən hissəsinin iyulun sonuna qədər tükənməsi istisna deyil.

DİGƏR XƏBƏRLƏR

Top