
Ötən gün – iyulun 28-də Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğan və İraq Baş naziri Əli əz-Zeydi iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan müqavilələr imzalayıblar.
Yeniavaz.com xəbər verir ki, prezident iqamətgahında baş tutan imza mərasimində qəribə hadisə yaşanıb.
Belə ki, İraqın nəqliyyat naziri Vəhb Həsəni “İnkişaf Yolu” layihəsi ilə bağlı sənədi imzalamaqdan imtina edib.
İraqlı nazirin canlı yayımlanan imzalama mərasimi zamanı tərəddüd etməsindən sonra Ərdoğan “Beş saziş deyildi?” deyə sual ünvanlayıb.
Bundan sonra İraq Baş naziri Əli əz-Zeydi vəziyyətə müdaxilə edib və məsələ həllini tapıb. Belə ki, nəqliyyat naziri sənədi imzalayıb və mərasim davam edib.
Türkiyə KİV yazır ki, İraq nümayəndə heyəti arasında yaranan texniki nasazlıq səbəbindən sənədin imzalanması zamanı qısa anlaşılmazlıq yaşanıb.
Tətbiqimizi yükləyə bilərsiniz