
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) nəzarətində olan daha bir bələdiyyədə əməliyyat keçirilib.
Yeniavaz.com “BirGün”ə istinadla xəbər verir ki, əməliyyat İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən Üsküdar Bələdiyyəsində həyata keçirilib.
Bildirilir ki, bələdiyyə sədri Sinem Dedetaş və bələdiyyə sədrinin müavini Ceyhun Ünlü də daxil olmaqla 6 nəfər saxlanılıb.
Onlar tikinti icazələri və yaşayış icazəsi prosedurları ilə bağlı qanunları pozmaqda ittiham olunurlar.
Qeyd edək ki, S. Dedetaş CHP-nin ən nüfuzlu bələdiyyə sədrlərindən hesab olunur.
Xatırladaq ki, son iki il ərzində Türkiyədə onlarla CHP-li bələdiyyə sədri barəsində cinayət işi açılıb və onların bir qismi saxlanılıb.
Tətbiqimizi yükləyə bilərsiniz