Sibiqa Əraqçiyə zəng etdi − Tehran təzminat istəyir


Ukraynanın xarici işlər naziri Andrey Sibiqa iranlı həmkarı Abbas Əraqçi ilə telefonda danışıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ukraynalı nazir sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı onlar Xəzər dənizində İranın mülki gəmisinə bu yaxınlarda olunan hücumu müzakirə ediblər:
“Mən İranın xarici işlər nazirinə açıq söhbət üçün zəng etdim. Diplomatiya - hətta çətin olduqda belə birbaşa dialoqdur. Mən vurğuladım ki, məqsədimiz lazımsız eskalasiyadan qaçmaqdır. Bütün təxribatlara və qurbanlara görə tam məsuliyyəti məhz Rusiya daşıyır”.
Rəsmi Tehran öz növbəsində Xəzər dənizində İranın mülki gəmisinə edilən hücumla bağlı Ukraynadan təzminat tələb edib. Əraqçi bildirib ki, Sibiqa onu İran gəmisinə hücumun qəsdən olunmadığına əmin edib:
“İran da eskalasiya istəmir, lakin vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı hücumun qəbuledilməz olduğunu açıq şəkildə bildirdim. İtkilərə görə təzminat ödənilməlidir”.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisinə hücum etməsi nəticəsində bir heyət üzvünün həlak olduğu, ikisinin isə yaralandığına dair məlumat yayıb. Ukrayna lideri Volodimir Zelenski, öz növbəsində yazıb ki, Ukrayna Silahlı Qüvvələri Xəzərdə İrandan Rusiyaya hərbi yüklərin daşınması üçün istifadə olunan gəmiləri vurub.
 

DİGƏR XƏBƏRLƏR

Top