Tramp-Netanyahu danışıqlarının əsas mövzusu İran olub − KİV


İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında  Ağ Evdə baş tutan görüşün əsas müzakirəmövzusu İran olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə N12 televiziyası yüksək vəzifəli İsrail rəsmisinə istinadən məlumat yayıb. 
Rəsmi şəxsin sözlərinə görə, görüş təxminən bir saat davam edib və məhsuldar olub:
“Görüş çox yaxşı keçib. Liderlər gündəlikdəki bütün məsələləri, xüsusən də İranı müzakirə ediblər. Onlar İranın nüvə silahı əldə etməsinin qarşısını almaq öhdəliklərini bir daha təsdiqləyiblər və İsrail ilə ABŞ arasında güclü tərəfdaşlığı, eləcə də Yaxın Şərqdəki müxtəlif imkanları müzakirə ediblər”.
N12 qeyd edir ki, iki lider arasındakı danışıqlarda Vaşinqton administrasiyasının demək olar ki, bütün yüksək vəzifəli rəsmiləri iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top