Rusiyada yanacaq böhranı elektrik və hibrid nəqliyyat vasitələrinə tələbatı artırdı


Rusiyada elektrik və hibrid nəqliyyat vasitələrinə tələbat artıb.
Yeniavaz.com
xəbər verir ki, “Kommersant” bu barədə dilerlərə və distribyutorlara istinadən məlumat yayıb.
Bildirilib ki, bəzi modellər artıq tapılmır.
Nəşrin mənbələri konkret rəqəmlər verməyib.
Lakin, jurnalistlərin istinad etdiyi Avtostat analitik agentliyinin məlumatlarına görə, 29 iyun - 19 iyul tarixlərində yeni hibrid və elektrik nəqliyyat vasitələrinin satışları ilin birinci yarısının həftəlik orta göstəricisi ilə müqayisədə 1,8 dəfə artıb.
Diler nümayəndələri alıcı marağının artmasının ölkədəki yanacaq böhranı ilə əlaqəli olduğuna əmindirlər. 

DİGƏR XƏBƏRLƏR

Top