
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində “KuPS” - “Sabah” matçı baş tutub.
Yeniavaz.com xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda “Sabah” 2:0 hesablı qələbə qazanıb.
Qolları Veliko Simiç (53) və Coy-Lens Mikels (70) rəqib qapısından keçirib.
Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bununla da “Sabah” ən azı Konfrans Liqasının Liqa mərhələsində iştirakını təmin edib.
Tətbiqimizi yükləyə bilərsiniz