
Barselona metro xəttinin 1-ci (L1) hissəsində yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ara” məlumat yayıb.
Bildirilib ki, yanğında 136 nəfər xəsarət alıb. Onlardan 129 nəfər yüngül xəsarət alıb, yeddi nəfərin vəziyyəti orta ağırdır. Otuz doqquz nəfər xəstəxanaya yerləşdirilib. Qurbanların çoxu tüstüdən zəhərlənib.
İlkin məlumatlara görə, yanğın tunelin üzlüyünün bir hissəsinin qopub alovlanmasından sonra baş verib.
Yanğın səbəbindən L1 və L2 xətlərindəki qatarların, eləcə də bir neçə avtobus marşrutunun cədvəli dəyişdirilib.
Un incendi a la catenària de la L1 del metro de Barcelona entre les estacions de Clot i Glòries ha obligat a desallotjar aquest dilluns a la tarda aquestes dues estacions, i també la de Rodalies del Clot.
— diariARA (@diariARA) July 27, 2026
Els Bombers de Barcelona s'han desplaçat a la zona per la presència de fum,… pic.twitter.com/oz6KF8PENE
Tətbiqimizi yükləyə bilərsiniz