
Məşhur italyan məşqçi Roberto Mançini İtaliya milli futbol komandasına rəhbərlik etmək təklifini qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə tanınmış jurnalist və insayder Fabritsio Romano “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Qeyd edək ki, Mançini bundan əvvəl də İtaliya millisinə rəhbərlik edib. O, İtaliya millisi ilə birlikdə 2020-ci il Avropa Çempionatını (koronavirus pandemiyası səbəbindən 2021-ci ilin yayında keçirilmişdi - red.) qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz