
Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının direktoru işləmiş Həsən Hüseynovun cinayət məsuliyyətinə cəlb edildiyi iddia olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Bildirilir ki, eks-direktor külli miqdarda mənimsədə ittiham olunur.
“Prokurorluqda aparılan istintaqla müəyyən edilib ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 186 min manatdan bir az artıq dövlət vəsaitini mənimsəyib.
H.Hüseynov həbs edilməyib, onun barəsində məhkəməsi başlayana qədər “başqa yerə getməmək haqda” qətimkan tədbiri seçilib. O, vurduğu ziyanın 20 min manatını geri ödəyib, qalan pulu ödəməsi üçün isə şərait yaradılıb.
Ziyan ödənilmədiyi halda H.Hüseynovu ittiham edildiyi külli miqdarda mənimsəmə maddəsi ilə 5 ildən 10 il qədər həbs gözləyir. Yaxın günlərdə məhkəmə başlayacaq”, - sayt yazır.
Qeyd edək ki, Həsən Hüseynovun Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş sədri general-polkovnik Səfər Mehdiyevin bacanağı olduğu bildirilir. O, ötən il xəstəxanada qadın işçilərdən birini döyməsi iddiası ilə də gündəmə gəlmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz