İspaniya və Fransanın yanğınla mübarizəsi davam edir


Fransada meşə yanğınları şiddətli səviyyəyə çatıb.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki,  yanğın şəhərin xarici sərhədlərinə təxminən 15 km, şəhər mərkəzinə isə 25–30 km məsafəyədək yaxınlaşıb.
Fransa Prezidenti Emmanuel Makron Bordo şəhərinə yaxınlaşan meşə yanğınlarını “İkinci Dünya Müharibəsindən bəri ən pisi” adlandırıb.
Bununla yanaşı, ölkənin görünməmiş bir böhranla üzləşdiyini deyən Makron yanğını söndürmək üçün bütün imkanları səfərbər etdiklərini bildirib.
Qeyd edək ki, Fransada baş verən şiddətli meşə yanğınları nəticəsində 116 min hektardan çox ərazi yanıb, 220 minə yaxın insan təxliyə edilib və onlarla xilasedici xəsarət alıb.
Fransa ilə yanaşı, İspaniya da genişmiqyaslı meşə yanğınları ilə mübarizə aparır.
“Euronews”un verdiyi məlumata görə, hökumət İberiya yarımadası üzrə ümumilikdə 76 000 nəfərin təxliyə edildiyini, 30 000 nəfərə isə evlərində qalmaları barədə xəbərdarlıq edildiyini açıqlayıb.
Onu da qeyd edək ki, Fransa və İspaniyadakı yanğınlar səbəbindən ümumilikdə 330 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Təxminən 12 ölkə bu iki dövlətə təyyarə, helikopter, yanğınsöndürən və müvafiq avadanlıqlar daxil olmaqla dəstək göstərib.

DİGƏR XƏBƏRLƏR

Top