“Real Madrid”dən yeni rekord – Ən çox qazanan idman klubu oldu


İspaniyanın “Real Madrid” klubu ötən mövsüm 1,221 milyard avrodan (təxminən 1,389 milyard dollar) çox qazanaraq idman klubları arasında rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2024/25 mövsümündə “Real Madrid”in gəliri 1,265 milyard dollara çatıb. “Forbes”in məlumatına görə, bu, bütün idman növləri üzrə idman klubları üçün yeni gəlir rekordu olub. Belə ki, Madrid klubu 2024/25 mövsümündə 1,23 milyard dollar qazanan Milli Futbol Liqasının (NFL) “Dallas Kovboys” komandasını da geridə qoyub.
Qeyd edək ki, ötən mövsüm “Real Madrid” İspaniya çempionatında ikinci yeri tutub və Çempionlar Liqasının 1/4 finalına yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top