Dünya şahmat tacı uğrunda matç Cenevrədə keçiriləcək – Bu tarixdə…


Hazırkı dünya çempionu hindistanlı Dommaracu Qukeş və özbəkistanlı Cavohir Sindarov arasında şahmat tacı uğrunda matç Cenevrədə keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, matç 25 noyabr - 15 dekabr tarixlərində baş tutacaq.
Qeyd edək ki, aprel ayında Sindarov Kiprdə keçirilən Namizədlər Turnirində vaxtından əvvəl qələbə qazanıb və nəticədə, bu, ona Qukeşlə oynamaq hüququ verib.
Xatırladaq ki, hindistanlı şahmatçı 2024-cü ilin dekabrında çinli Din Lijeni məğlub edərək dünya çempionu olub.
Qarşıdakı matç Dünya Şahmat Çempionatı titulu uğrunda ən gənc matç olacaq. Çünki hər iki idmançının startda yaşı 20 olacaq.

DİGƏR XƏBƏRLƏR

Top