“Facebook”da ən çox “bəyənilən” mətbuat katibləri – Siyahı


Məşhur “Statcounter” beynəlxalq statistika mərkəzinin iyun ayına olan son məlumatına görə, Azərbaycanda ən populyar sosial şəbəkə “Facebook” hesab olunur.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycanda 5,6 milyondan çox “Facebook” istifadəçisinin olduğu bildirilir.
Dövlət qurumları da vətəndaşları məlumatlandırmaq üçün əsasən məhz bu sosial şəbəkədən istifadə edir. Nazirliklərin qərarları, açıqlamaları, xəbərdarlıqları və digər rəsmi məlumatları əksər hallarda ilk olaraq “Facebook” üzərindən ictimaiyyətə çatdırılır.
Bəs bu məlumatları cəmiyyətə çatdıran məsul şəxslərin özlərinin sosial şəbəkədəki “nüfuzu” nə qədərdir? Onların neçə izləyicisi, “dostu” var? Hansı mətbuat katiblərinin isə ümumiyyətlə “Facebook” hesabı yoxdur?
Apardığımız araşdırma göstərir ki, ən çox izləyiciyə malik mətbuat katibi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyevdir. Onun “Facebook” hesabını 46 min nəfər izləyir.
İkinci yerdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov qərarlaşıb. Onun hesabını 11 min nəfər izləyir. İlk üçlüyü isə 8,2 min izləyici ilə Elm və Təhsil Nazirliyinin mətbuat katibi Səbuhi Rzayev tamamlayır.
Sonrakı sıralarda Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Nərmin Əhmədova (7,1 min izləyici), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat katibi Rəşad Bayramov (6,9 min izləyici), Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev (6 min izləyici), Mədəniyyət Nazirliyinin mətbuat katibi Aynur Kərimova (5,8 min izləyici), Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev (3,9 min dost), Ədliyyə Nazirliyinin mətbuat katibi Ləman Hüseynzadə (3,1 min izləyici), Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Ramin Qurban (1,9 min dost), Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə (1,4 min dost), Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov (1,3 min izləyici) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova (1,1 min dost) yer alırlar.
Araşdırma zamanı həmçinin məlum olub ki, bəzi nazirliklərin mətbuat katiblərinin ümumiyyətlə “Facebook” hesabı yoxdur. Bunlar Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov, Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov, Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva və İqtisadiyyat Nazirliyinin mətbuat katibi Leyla Zamanovadır.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top