Yunanıstanın Baş naziri Nolana təşəkkür etdi – “Odissey”ə görə…


Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis rejissor Kristofer Nolana Homerin poemasını yenidən canlandırdığına və dünyada Qədim Yunanıstana marağı oyatdığına görə təşəkkür edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə britaniyalı rejissorla Homerin əsəri əsasında çəkdiyi yeni “Odissey” filmini müzakirə edərkən bildirib.
Mitsotakis həmçinin çəkilişlərin böyük bir hissəsinin Yunanıstanda baş tutmasına görə minnətdarlığını ifadə edib.
Söhbət videozəng formatında baş tutub.
Qeyd edək ki, film tarixi epik, mifologiya və macəra dramının elementlərini özündə birləşdirir. Filmdə Odissey obrazını Mett Deymon canlandırır. Rollarda həmçinin Tom Holland, Enn Heteuey, Robert Pattinson, Lupita Nionqo, Zendaya, Himeş Patel, Şarliz Teron, Con Berntal, Benni Sefdi və Elliot Peyc də yer alır.
Xatırladaq ki, Nolanın “Odissey” filmi Homerin eyniadlı qədim yunan epik poemasının adaptasiyasıdır. Film Troya müharibəsindən sonra həyat yoldaşı Penelopa və oğlu Telemaxın yanına qayıtmağa çalışan İtaka kralı Odisseydən bəhs edir. Yolda o, bir çox sınaqlarla üzləşir.

DİGƏR XƏBƏRLƏR

Top