Azərbaycanın Qazaxıstan və Tacikistandakı səfirləri dəyişdi – Sərəncamlar


Əlimirzamin Qəvvam oğlu Əskərov Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər sərəncamla Əlimirzamin Əskərov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Həmçinin Ağalar Rahim oğlu Atamoğlanovun Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması ilə bağlı sərəncam imzalanıb.
İlham Əliyevin müvafiq sərəncamı ilə Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Tacikistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top