ABŞ və İsrail birgə yeni hava hücumundan müdafiə sistemini sınaqdan çıxarıblar

ABŞ və İsrail birgə "Praşa David" Hava Hücumundan Müdafiə (HHM) sisteminin növbəti sınağını uğurla həyata keçiriblər. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, "Praşa David" HHM kompleksi ABŞ-ın maliyyəsi əsasında İsrail mütəxəssisləri tərəfindən hazırlanıb. Yeni hava hücumundan müdafiə sistemi orta və uzaq mənzilli, o cümlədən ballistik və qanadlı raketləri, pilotsuz uçan aparatları tutmağa və onları zərərsizləşdirmyə qadirdir. Eyni zamanda bu raket "Dəmir gümbəz" HHM sisteminə əlavə olaraq hazırlanıb. Əgər "Dəmir gümbəz" HHM yalnız yaxın mənzilli raketlərin zərərsizləşdirilməsi üçün istifadə edilirdisə, "Praşa David" bu sistemin əlavəsi olaraq orta və uzaq mənzilli raketlərdən gələn təhlükəni aradan qaldırmağa imkan verəcək. Bu sistemin tətbiqi "Dəmir gümbəz"dən daha etibarlı şəkildə istifadə edilməsində önəmli rol oynayacaq.

DİGƏR XƏBƏRLƏR

Top