
Sosial şəbəkələrdə dini inancları təhqir etdiyi deyilən şəxsin saxlanıldığı bildirilir.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə dini inanclı şəxslərlə bağlı qanunvericiliyə zidd paylaşımlar edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilib ki, Üzeyir Abas adı ilə sosial şəbəkələrdə videolar paylaşan 1979-cu il təvəllüdlü şəxs barəsində prosessual tədbirlər davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz