
İsrail və Livan nümayəndələri 4-6 avqust tarixlərində Romada növbəti danışıqlar raundu keçirəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid ABŞ Dövlət Departamentinin rəsmisinə istinadla məlumat verib.
Portalda qeyd edildiyi kimi, hər iki ölkənin nümayəndələri, eləcə də ABŞ İsrail qoşunlarının cənubi Livanda yenidən yerləşdirilməsi prosesinin genişləndirilməsini müzakirə edəcəklər.
Bundan əlavə, məsləhətləşmələr İsrail və Livan arasında quru sərhəd mübahisələrini də əhatə edəcək.
ABŞ Dövlət Departamentinin rəsmisinin sözlərinə görə, Romadakı texniki məsləhətləşmələr hər iki ölkə tərəfindən imzalanmış çərçivə sazişinin tam şəkildə həyata keçirilməsinə kömək etməyə yönələcək.
Qeyd edək ki, iyunun 26-da İsrail və Livan ABŞ-nin himayəsi altında Vaşinqtonda keçirilən beş raund məsləhətləşmələrdən sonra çərçivə sazişi imzalayıblar. Sazişə əsasən, Livan Silahlı Qüvvələri tədricən ölkənin bütün ərazisi üzərində effektiv suveren nəzarəti bərpa etməli, İsrail isə qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalıdır. Romada keçirilən İsrail-Livan danışıqlarının altıncı raundundan sonra iyulun 15-də ilk pilot zonanın yaradılması barədə razılıq əldə edilib. İyulun 20-də ABŞ Dövlət Departamenti İsrail qoşunlarının çıxarılacağı üç pilot zonanın Livanda fəaliyyətə başladığını elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz