
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşündə Amerika liderinə İranın hərbi potensialını yenidən qurduğunu və nüvə bombası hazırlamağı sürətləndirdiyini göstərən yenilənmiş kəşfiyyat məlumatlarını təqdim etmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə N12 telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Netanyahu Trampı Tehranın nüvə proqramını inkişaf etdirməyə və raket və pilotsuz təyyarə sistemlərini modernləşdirməyə davam etdiyinə inandırmaq niyyətindədir.
İsrailin Baş naziri həmçinin, Trampla Natanz nüvə obyektinin yaxınlığındakı Kolanq Qaz La dağı ilə bağlı kəşfiyyat məlumatlarını bölüşəcək.
Netanyahu bununla yanaşı, Amerika liderinə İranın nüvə və raket proqramları ilə bağlı İsrail kəşfiyyat məlumatlarını təqdim edəcək.
Digər tərəfdən, N12-nin məlumatına görə, ABŞ administrasiyasının Netanyahunun açıqlamalarına münasibəti son aylarda dəyişib. Vaşinqtondakı mənbələri kanala bildiriblər ki, görüşdə Amerika tərəfi Netanyahunun dediklərinə çox şübhə ilə yanaşmaq niyyətindədir.
Qeyd edək ki, Tramp və Netanyahu arasında Vaşinqtonda görüş Bakı vaxtı ilə saat 19:00-a planlaşdırılıb. Bu, Trampın Ağ Evə qayıtmasından bəri onunla səkkizinci görüşü olacaq.
Tətbiqimizi yükləyə bilərsiniz