Yaponiyada şiddətli zəlzələ oldu – Video


Yaponiyanın cənubundakı Kumamoto prefekturasında 7,1 bal gücündə şiddətli zəlzələ meydana gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi (JMA) məlumat yayıb.
Qurumun məlumatına görə, zəlzələdən sonra hündürlüyü 1 metrə çata biləcək sunami dalğası ilə bağlı xəbərdarlıq edilib.
Yaponiya hökuməti Kyuşu adasında yerləşən Kumamoto, Naqasaki, Kaqoşima, Fukuoka, Saqa, Oita və Miyazaki prefekturalarında fövqəladə zəlzələ xəbərdarlığı elan edib.
Kyuşu Elektrik Enerjisi Şirkəti bildirib ki, zəlzələdən sonra Sendai və Genkay atom elektrik stansiyalarında hər hansı qeyri-adi hal aşkarlanmayıb.
“JR Kyuşu” dəmir yolu şirkəti isə zəlzələdən sonra yüksək sürətli “Şinkansen” qatarları da daxil olmaqla bir sıra marşrutlar üzrə hərəkətin müvəqqəti dayandırıldığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top