Trampın Zelenski ilə görüşü bir saatdan çox davam etdi − Yenilənib


ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski Ağ Evdə görüşüblər.
Yeniavaz.com
xəbər verir ki, danışıqlar bir saatdan bir qədər çox davam edib və ondan əvvəl və ya sonra mətbuata açıqlamalar verilməyib.
Zelenski görüşdən qısa müddət sonra görüşü “yaxşı” adlandırıb. O, “Patriot” raket istehsalı lisenziyası məsələsinin, eləcə də kömək edə biləcək bəzi digər ideyaların müzakirə olunduğunu bildirib:
“Biz həmçinin diplomatiya haqqında da danışdıq - diplomatik prosesin intensivləşdirilməsi vacibdir”.

***13:11
ABŞ Prezidenti Donald Tramp bu gün Bakı vaxtı ilə saat 17:30-da Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat Amerika liderinin Ağ Evin saytında dərc olunmuş cədvəlində öz əksini tapıb.
Ağ Evin Oval Ofisində keçiriləcək görüşün qapalı keçirilməsi planlaşdırılır.
Tramp və Zelenskinin Ukraynadakı nizamlama ilə bağlı məsələləri müzakirə edəcəkləri gözlənilir.
Qeyd edək ki, Trampın həmçinin, Bakı vaxtı ilə saat 19:00-da Oval Ofisdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü planlaşdırılır. Bu görüşün də jurnalistlər üçün qapalı keçirilməsi nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top