
“Beşiktaş”ın futbol direktoru Önder Özen misirli hücumçu Məhəmməd Salahın Türkiyə klubuna potensial transferi ilə bağlı açıqlama yayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “beIN SPORTS Türkiye” telekanalı məlumat yayıb.
Məlumata görə, o, “Beşiktaş”ın prezidenti Serdal Adalının müvəqqəti olaraq danışıqlardan geri çəkildiyini bildirib.
“Məhəmməd Salah qlobal ulduzdur. Onun beynəlxalq nüfuzu yüksəkdir. Danışıqların ilkin mərhələsində Vinçenzo İtaliano və mən Məhəmməd Salahla üç dəfə danışdıq. Lakin 21 iyuldan başlayaraq, ilk günlərdə müşahidə etdiyimiz müsbət dinamika yavaşladı”, - Özen bildirib.
“Beşiktaş” rəsmisi danışıqlar maliyyə mərhələsinə çatdıqdan sonra prosesin yavaşladığını qeyd edib.
Onun sözlərinə görə, nəticədə klub rəhbərliyi misirli futbolçunun transferi ilə bağlı işləri müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
“Prezidentimiz populist həll yolu əvəzinə, realist qərar verdi və hələlik danışıqlardan çəkildi. Məhəmməd Salah işi hələlik dayandırılıb”, - Özen qeyd edib.
O, həmçinin qarşı tərəfə son təklifin verildiyini və başqa təkliflərin olmayacağını bildirb.
“Son təklifimizi verdik. Başqa təklif verməyəcəyik. Bu son təklif “Beşiktaş”a zərər verməyən bir təklifdir. Bu təklifə cavab verilərsə, yenidən qiymətləndirilə bilər”, - o, əlavə edib.
Tətbiqimizi yükləyə bilərsiniz