
Tacikistan hakimiyyəti hicab, saqqal, həmçinin ərəb geyimlərinə qanuni qadağa tətbiq edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Nuz.uz” portalı yerli mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, bu cür geyim növləri və xarici görünüş atributları “ölkənin milli adət-ənənələrinə uyğun olmayan” hesab edilib.
Mənbələrin sözlərinə göə, Tacikistan mədəniyyətinə yad hesab edilən geyimlərin istifadə olunmasının və idxal edilməsinin qadağan olunmasına xüsusi diqqət yetiriləcək.
“Rəsmi orqanlar bu tədbirləri dini radikalizm və ekstremizmə qarşı mübarizə aparmaq üçün zəruri hesab edirlər”, - məlumatda qeyd edilib.
Hakimiyyət orqanları həmçinin bu qərarların milli kimliyi qorumaq üçün verildiyini bildirib.
Portalın məlumatına görə, yerli hakimiyyət orqanları hazırda məsələ ilə bağlı ictimaiyyətlə maarifləndirmə işləri aparır.
Qeyd edək ki, 2024-cü ildə Tacikistan artıq məktəblərdə hicab geyinməyin qadağan edilməsini müzakirə etmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz