
Sosial mediada xilasedicinin azyaşlını dənizdən çıxarmasını əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com xəbər verir ki, kadrlarda xilasedicinin boğulan azyaşlını xilas etmək üçün nəhəng dalğalarla mübarizə apardığı müşahidə olunur.
Daha sonra isə ona ətrafdan kömək gəlir və nəticədə azyaşlı xilas olunur.
Sosial media istifadəçiləri onların, xüsusilə xilasedicinin bu əzmini təqdir ediblər.
Sözügedən kadrların ABŞ-nin Kaliforniya ştatında, Santa-Kruz sahillərində lentə alındığı bildirilir.
Qeyd olunub ki, 10 yaşlı oğlanın xilas ediliyi həmin hadisə iyulun 25-də baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz